Braziliya millisinin müdafiəçisi Uesli Misirlə (2-1) yoldaşlıq oyununda zədələnib. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Futbolçu 15-ci dəqiqədə qasıq ağrısı səbəbindən əvəzlənib. Braziliya yığmasının tibbi personalı müayinələrdən sonra Ueslinin mundiala yollanıb yollanmayacağına qərar verəcək.
Lakin Karlo Ançelotti Ueslinin əvvəllər əzələ problemləri ilə qarşılaşdığını bildirib.
Son yoldaşlıq oyunlarında Uesli sağ cinah müdafiəçisi mövqeyini təmin edib. O, Braziliya millisində cəmi səkkiz oyun keçirib.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da ilk oyununu iyunun 14-ü gecəsi Mərakeşə qarşı keçirəcək. Cənubi Amerika təmsilçisi həmçinin qrup mərhələsində Şotlandiya və Haiti ilə qarşılaşacaq.