Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Atalanta"nın yarımmüdafiəçisi Edersonu heyətə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi Misirlə (2:1) yoldaçlıq oyununda zədələnən Uesli Fransı əvəzləyəcək. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Ederson Braziliya yığmasında cəmi üç oyun keçirib. O, sonuncu dəfə millinin formasını 2025-ci ilin martında, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentinaya 1-4 hesabı ilə məğlub olduqları matçda geyinib.
Qeyd edək ki, Braziliya DÇ-2026-da ilk oyununu iyunun 14-ü gecəsi Mərakeşə qarşı keçirəcək. "Selesao" qrup mərhələsində həmçinin Şotlandiya və Haiti ilə qarşılaşacaq.