"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş İspaniyadakı bir yevangelist kilsəsində vaiz olub. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 42 yaşlı braziliyalı hazırda tez-tez pastor Cimmi Martinin xidmət etdiyi Jironadakı Elim kilsəsində vaizlik edir. İbadətlər çərşənbə axşamı və bazar günləri keçirilir.

 

İbadətlərdən birində Alveş fikirlərini bölüşüb: "Allaha inanmalısınız. Mən bunun canlı sübutuyam. Onunla əhd bağlamışam. Ətrafda fırtına və qarışıqlıq olsa belə, həmişə Allahdan bir elçi var. Həyatımın ən çətin anında bu elçi mənə iman yoluna çıxmağa kömək etdi və məni kilsəyə apardı. İndi onun sayəsində bu səyahəti davam etdirirəm."

 

Qeyd edək ki, 2025-ci ilin mart ayında Kataloniya Məhkəməsinin Cinayət Palatası Alveşi təcavüz ittihamından bəraət qazandırıb.