Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun əsas komandasında debüt edib.

Sport24.az xəbər verir ki, sözügedən komanda Bundesliqanın 16-cı turu çərçivəsində səfərdə “Sankt Pauli” ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyun “Şalke”nin məğlubiyyəti ilə bitib – 1:2.

Rüfət bu görüşə start heyətdə başlayıb. O, 81-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Rüfət “Şalke”nin U-23 komandasında çıxış edir. Lakin əsas komandanın heyətində ciddi itkilər olduğundan, məşqçilər korpusu onu düşərgəyə cəlb etmək məcburiyyətində qalıb. 

“Şalke” bu mövsüm ikinci Bundesliqada keçirdiyi 16 oyunda 26 xal toplayıb və 18 kollektiv arasında 7-cidir.