Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Diniyev cəzalı olduğundan "Gənclərbirliyi"nə qarşı forma geyinməyib.

 

Matç 2:2 hesabı ilə başa çatıb. Bandırma təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 11-ə yüksəlib. Hesabında 32-xal olan "Bandırmaspor" 1-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, bandırmalılar dekabrın 22-də "Erokspor"un qonağı olacaqlar.