“Liverpul”un zədəli futbolçusu Cordan Hendersonun sağalma müddəti uzana bilər. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin son durumunun yaxın günlərdə açıqlanacağı bildirilir.

Onun ən yaxşı halda 4-6 həftəyə məşqlərə başlaması gözlənilir.

Hendersonun bərpa müddəti uzansa, yarımmüdafiəçi İngiltərə yığmasının AÇ-2020-dəki oyunlarını buraxa bilər.

AÇ-2020 ötən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salınıb. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.