Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçiriləcək.

 

"Qarabağ"ın pley-offda potensial rəqibləri olan "Ludoqorets"lə (Bolqarıstan) və "Ferentsvaroş" (Macarıstan) da üz-üzə gələcək. Bolqarıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 12-də və 13-də keçiriləcək.

 

7 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya)

21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya)

23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə)

23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

 

6 avqust

"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0

"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1

"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1

"Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) - 3:0