Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Sport24.az turnirin saytına istinadən xəbər verir ki, rəmzi heyətə “Real”ı 2:0 hesabıyla məğlub edərək, finala yüksələn “Çelsi”dən 7 futbolçu düşüb.

Qapıçı: Eduard Mendi (“Çelsi”);

Müdafiəçilər: Kayl Uolker, Ruben Dias (hər ikisi “Mançester Siti”), Sesar Aspilikueta, Tyaqo Silva, Ben Çiluell (hər üçü “Çelsi”);

Yarımmüdafiəçilər: Riyad Mahrez, Fil Foden (hər ikisi “Mançester Siti”), Kay Haverts, Meyson Maunt (hər ikisi “Çelsi”);

Hücumçu: Timo Verner (“Çelsi”).