Çinin “Jiangsu Suning” futbol klubu fəaliyyətini dayandırıb.

Sport24.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda məlumat verilib.

“Jiangsu Suning”in fəaliyyətini dondurmasına maliyyə problemləri səbəb göstərilib: “Bizə ən yaddaqalan qələbələr qazandırmış futbolçular və sadiq azarkeşlərlə vidalaşmaq istəməsək də, açıqlamağa məcburuq: Bu gündən “Jiangsu Suning” öz komandalarının fəaliyyətinə son qoyur”.

Qeyd edək ki, klubun azı 90 milyon dollar borcunun olduğu bildirilir.