Elektrik cərəyanı vurduqdan sonra reanimasiyaya yerləşdirilən İtaliyanın "Verona" klubunun futbolçusu Andrea Qrezele komadan ayılıb. Sport24.az xəbər verir ki, gənclər komandasında çıxış edən 19 yaşlı müdafiəçinin şüuru yerindədir.

Futbolunun ollarında və ayaqlarında hərəkət pozuntusu müşahidə olunmur. Hazırda həkimlərin nəzarəti altında olan Andrea insanları tanıyır və hətta bir az danışır.

Qeyd edək ki, Qrezeleni fevralın 6-da dəmir yolunun yaxınlığında elektrik cərəyanı vurub. Hasarın üstündən keçmək istəyən oyunçu bilmədən yüksək gərginlikli naqillərə toxunub. Nəticədə o, 4 metr hündürlükdən yerə yıxılıb.