Ötən gecə Çempionlar Liqasında pley-offun ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
Baş tutan görüşlərin yalnız birində qalib müəyyənləşib. Digər 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu mərhələnin cavab matçları 26-27 avqust tarixlərində oynanılacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
"Budo/Qlimt" (Norveç) - "Şturm" (Avstriya) - 5:0
Qollar: Hög, 7, Byortuf, 11, Saltnes, 25, Evyen, 54, Bovinq, 79 öz qapısına
"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) - 0:0
"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka) - 1:1
Qollar: Şaqiri, 14-pen.- Pereyra, 45+3
"Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 0:0
19 avqust
"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) - 1:3
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr) - 1:2
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika) - 1:3