Ötən gecə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.
"Qarabağ"ın pley-offda potensial rəqibləri olan "Ludoqorets"lə (Bolqarıstan) və "Ferentsvaroş" (Macarıstan) da üz-üzə gəlib. Bolqarıstanda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 12-də və 13-də keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
"Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya) 1:0
Qol: Satpaev, 90
"Zalsburq" (Avstriya) - "Brügge" (Belçika) 0:1
Qol: Vermant, 75
"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) 0:0
"Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya) - 1:3
Qollar: İshak, 34 - Kruniç, 9, 51
"Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə) - 2:1
Qollar: Timber, 19, Moussa, 90+1 - Amrabat, 86
"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar: İvanoviç, 53, Florentino, 88
6 avqust
"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0
"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1
"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1
"Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) - 3:0