Conni Evans "Mançester Yunayted"dən ayrılıb. Sport24.az xəbər verir ki, bu ilin yayından klubda gənc futbolçuların icarəsi və onların inkişafı şöbəsində çalışan keçmiş müdafiəçi öz istəyi ilə işini tərk edib.
O, ailəsinə daha çox vaxt ayırmaq üçün bu qərarı verib.
Evans futbolçu kimi "Mançester Yunayted"lə 3 dəfə Premyer Liqanı qazanıb. O, bu ilin yayında karyerasını bitirmiş və klubda işə başlamışdı.