"San Paulu"nun yarımmüdafiəçisi Oskar peşəkar futbol karyerasını bitirməyi düşünür. Sport24.az "Globo Esporte"yə istinadən xəbər verir ki, ürəyindəki problem səbəbindən huşunu itirən 34 yaşlı braziliyalı hazırda testlərdən keçir.
Futbolçu çərşənbə axşamı klubun məşq mərkəzində velosipedlə keçirilən interval testi zamanı özünü pis hiss edib. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun xəstəxanadan nə vaxt çıxacağı hələ məlum deyil.
Mənbənin sözlərinə görə, məlumatına görə, oyunçu "San Paulu" ilə müqaviləsini ləğv etməyi və karyerasını bitirməyi düşünür. Oskar ürək problemləri səbəbindən bir neçə aydır ki, tibbi müşahidə altındadır.
Qeyd edək ki, Oskar cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Braziliya yığmasının sabiq üzvü karyerası ərzində "Şanxay"ın, "Çelsi"nin və "İnternasional"ın formasını geyinib. Yarımmüdafiəçi "Çelsi" ilə iki İngiltərə çempionluğunu, bir Avropa Liqasını və bir Liqa Kubokunu qazanıb. Çində isə üç dəfə çempionluğunu və ölkə kubokunu bayram edib.