İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon hücumçular Lionel Messi və Kriştiano Ronaldo arasında seçim edə bilməyib. Sport24.az xəbər verir ki, veteran qolkiper hər iki ulduzun müasir futbolda özünəməxsus yeri olduğunu vurğulayıb:
"Ronaldo və Messi arasında seçim etmək futbolu təhqir etmək olardı. Hər ikisi görkəmli çempiondur. Ronaldo qol vuran, Messi isə fantaziyası yüksək oyunçudur, lakin hər ikisi qol vurmağa qadirdir. Mən onların hər ikisinə hədsiz heyranam".
Qeyd edək ki, Buffon 2023-cü ildə karyerasını başa vurub.