"Qalatasaray" Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində səfərdə "Fənərbaxça" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk İstanbul derbisindən sonra açıqlama verib.

 

52 yaşlı mütəxəssis rəqib sərt oyununa diqqət çəlib:

 

"Derbidə yaşananlardan sonra bir-birimizə nə qədər dəstək olmağımızın vacibliyini hamıya göstərəcəyik. Kazımcan Karataşın gözü kor olacaqdı. İki oyunçumuzun ayağı sına bilərdi. Canımızı qurtardığımız üçün şükür edirik. Heç kim unutmasın ki, biz "Qalatasaray"ıq".

 

Qeyd edək ki, "Qalatasaray" 33 xalla çempionatın lideridir. Onlardan 1 xal geri qalan "Fənərbaxça" isə 2-ci yerdədir.