Almaniyanın “Leypsiq” klubu futbolçusu Peter Qulaçinin müqaviləsini yeniləyib.

Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. 

2015-ci ildən “Leypsiq”də çıxış edən Qulaçi ilə “Tottenhem” klubu yaxından maraqlanırdı.