Almaniyanın “Volfsburq” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sport24.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Florian Kofeldt çalışdıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə “Verder”ə rəhbərlik edib.

“Volfsburq” bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.