Almaniyanın “Hoffenhaym” klubu baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.

Sebastyan Höness "Bayern” klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.