"Volfsburq"un baş məşqçisi Ralf Hasenhüttl postunu tərk edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 57 yaşlı avstriyalı və köməkçiləri işdən çıxarılıb.
Klubun U-19 komandasına rəhbərlik edən Daniel Bauer müvəqqəti baş məşqçi təyin olunub.
Qeyd edək ki, "Volfsburq" mövsümün bitməsinə iki tur qalmış 39 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.