"Bavariya" klubu mərhum futbolçusu Frans Bekenbauerin 5 nömrəli formasını əbədiləşdirib. Sport 24.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Bavariya"da bundan sonra heç bir oyunçu 5 nömrəli formanı geyinməyəcək.
Bekenbauer Münhen təmsilçisində 584 oyunda 75 qol vurub, 75 məhsuldar ötürmə edib. Futbolçu karyerasını bitirəndən sonra klubun fəxri prezidenti olan Frans bu ilin yanvarında vəfat edib.