Bu gün, gənclər arasında (21 yaşadək) 2025-ci il Avropa çempionatı start götürür. Sport24.az xəbər verir ki, turnir Slovakiyada keçirilir.
Qeyd edək ki, gənclər arasında son qitə çempionu İngiltərədir. İngilislər 2023-cü ildə təşkil olunan turnirinin finalında İspaniyanı minimal hesabla məğlub edib – 1:0.
Bugünkü oyun cədvəli:
19:00. A qrupu. Slovakiya - İspaniya
22:00. C qrupu. Polşa - Gürcüstan
22:00. C qrupu. Portuqaliya - Fransa
22:00. A qrupu. İtaliya - Rumıniya