"Liverpul"un 25 yaşlı müdafiəçisi İbrahima Konate bu yay klubu tərk edə bilər. Sport24.az "Afrikafoot"a istinadən xəbər verir ki, onun PSJ-yə keçəcəyi gözlənilir.

 

Bu üzdən "mersisaydlılar" Konateyə potensial əvəzedici qismində "Braqa"nın müdafiəçisi Sika Nyakateni "qaralayıb".

 

Mənbənin sözlərinə görə, Nyakatenin müqaviləsində 30 milyon avro təzminat qarşılığında istənilən kluba keçə biləcəyi ilə bağlı bənd var. Qışda "Mançester Siti" və "Mançester Yunayted"in "Braqa"nın müdafiəçisi ilə maraqlandığı da vurğulanır.

 

Qeyd edək ki, Nyakate cari mövsümdə bütün yarışlarda 31 matçda iştirak edib, o, üç qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.