"Tottenhem"in yarımmüdafiəçisi Yves Bissoumanın adı İngiltərədə böyük qalmaqala düşüb və futbolçunun klubla müqaviləsinin ləğv edilə biləcəyi iddia olunur. Sport24 az xəbər verir ki, mövsümün əvvəlində həm "Qalatasaray", həm də "Fənərbağça"nın transfer siyahısında yer alan malili futbolçu gələn təkliflərə baxmayaraq London klubunda qalmağı seçmişdi.

 

Daha sonra isə həm Türkiyə klublarının, həm də digər iddiaçıların bu transferdən imtina etdiyi bildirilmişdi.

 

Baş məşqçi postuna Tomas Frankın gətirilməsindən sonra Bissoumanın yeni mövsümdə komandanın planlarında yer almadığı qeyd olunur. Futbolçu da sosial şəbəkə hesabından "Tottenhem"lə bağlı bütün paylaşımları silib.

 

Qalmaqala səbəb olan əsas məsələ isə noyabr ayında bir tədbirdə çəkildiyi iddia edilən və qadağan olunmuş maddə istifadə etdiyi anları əks etdirən görüntülərin yayılması olub. Bu kadrlar İngiltərə mətbuatında ciddi müzakirələrə yol açıb. "Tottenhem" hələlik rəsmi açıqlama verməsə də, klubun futbolçunun müqaviləsini ləğv etməyi düşündüyü barədə xəbərlər yayılıb.