"Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakov "Benfika"ya icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat paylaşıb.

 

22 yaşlı ukraynalı ilə icarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir.

 

Qeyd edək ki, futbolçu ötən mövsüm "Şaxtyor"un heyətində 37 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.