"Aston Villa"nın yarımmüdafiəçisi Enso Barreneçea icarə əsasında "Benfika"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı argentinalı ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb. "Transfermarkt" portalının məlumatına əsasən, "Benfika" transfer üçün 3 milyon avro ödəyib və müqavilədə sonradan satın alma maddəsi də yer alıb.

 

Qeyd edək ki, Barreneçea ötən mövsümü icarə əsasında "Valensiya"da keçirib. Yarımmüdafiəçi 33 matçda 1 qol 2 məhsuldar ötürmə ilə yadda qalıb.