Belarus milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Danimarkaya qarşı oyuna yollanan zaman uçuşla bağlı ciddi çətinliklərlə üzləşib. Sport24.az Belarus Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sərhəd keçidi ilə bağlı problemlər səbəbindən Kopenhagenə vaxtında yola düşə bilməyib.
Noyabrın 13-də komanda avtobusla Varşavaya yola düşüb, lakin sərhədi keçdikdən sonra neytral ərazidə 12 saatdan çox ləngiyib. Polşa nəzarət məntəqəsində komandanı gecikdiriblər. Bu səbəbdən federasiya Varşava-Kopenhagen çarter reysinin uçuş vaxtını dəyişdirməli olub. Nəticədə, komandanın səyahət müddətindən artıq 18 saatı keçib.
Qeyd edək ki, Danimarka - Belarus matçı sabah 15-də Kopenhagendə keçiriləcək.