“Bayern” Niderland “Ayaks”ından ayrılan Nussair Mazrauini heyətinə cəlb edib.

Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə 2026-cı ilədək müqavilə imzalanıb. Mərakeşli futbolçu “Bayern”ə azad agent kimi keçib.

“Ayaks”ın yetirməsi olan Mazraui 2018-ci ildən əsas komandanın formasını geyinirdi.