Leverkuzen "Bayer"i "Lion"un cinah oyunçusu Afonso Moreyra ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Almaniya klubu 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər anlaşma imzalayıb. Portuqaliyalı oyunçunun transfer haqqının 32 milyon avro olduğu bildirilir.

 

Qeyd edək ki, Moreyra ötən mövsüm "Lion"un heyətində bütün turnirlərdə 37 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.