"Bavariya" Bundesliqanın 9-cu turunda "Borussiya"nı (Mönhenqladbax) 3-0 hesabı ilə məğlub etməklə klubun adını tarixə yazıb. Sport24.az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.
Bu qələbə komandanın mövsümün əvvəlindən bəri bütün yarışlarda ardıcıl 13-cü qalibiyyəti olub. Bu da "böyük beşlik" klubları arasında yeni rekorddur.
İtaliya "Milan"ı da 1992/93 mövsümünə belə start verib. Lakin alman klubu qol fərqində italyanları üstələyir (47:9 - 45:13).
Qeyd edək ki, "Bavariya" növbəti oyununu 29 oktyabrda "Köln"ə qarşı keçirəcək. Münhen klubu səkkiz oyundan 24 xalla turnir cədvəlinə başçılıq edir.