Futbol üzrə Almaniya Bundesliqasında 2020/21 mövsümünün qalibi bəlli olub.

Sport24.az xəbər verir ki, “Bavariya” ardıcıl 9, ümumilikdə isə 30-cu dəfə ölkə çempionu olub.

Buna turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Leypsiq”in 32-ci turda bu gün Dortmund “Borussiya”sına səfərdə 2:3 hesabı ilə uduzması şərait yaradıb. Nəticədə Münhen təmsilçisi sona iki tur almış qızıl medalları təmin edib.

Qeyd edək ki, hazırda “Bavariya” ən yaxın izləyicisini 7 xal qabaqlayır. Bu komandanın hesabında 71 xal var. Hansi Flikin çalışdırdığı komanda bu dəqiqələrdə doğma meydanda Mönhenqladbax "Borussiya"sı ilə qarşılaşır və artıq 1:0 hesabı ilə öndədir. Bu oyunda da qalib gələcəyi halda münhenlilər xallarını 74-ə çatdıracaq və aradakı xal fərqi 10-a çıxacaq.