“Barselona”nın sabiq futbolçusu Paulinyonun yeni iş yeri məlum olub. Sport24.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paulinyo ilə 3 illik müqavilə imzalanıb.

2015-2017-ci illərdə “Tottenhem”də, 2017-2019-cu illər aralığında “Barselona”da çıxış edən Paulinyonun son klubu Çin “Quançjou Everqrand”ı olub.

Paulinyo Braziliya yığmasında 56 oyunda 13 qol vurub.