İspaniyanın “Barselona” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Qabon millisindəki karyerasını başa vurub.

Sport24.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

32 yaşlı oyunçu Qabon Futbol Federasiyasına göndərdiyi məktubunda bildirib:

“Ölkəmi təmsil etməkdən qürur duyduğum 13 ildən sonra beynəlxalq karyeramı bitirdiyimi elan edirəm. Qabon xalqına və həm yaxşı, həm də pis gündə mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Milli komandada debüt etdiyim gün və ya Nigeriyadan Afrika Qızıl Topu ilə qayıtdığım gün kimi çoxlu xoş xatirələrim olacaq. Hər zaman milli komandaya dəstək olan, ölkəmizdə futbolun inkişafı üçün çalışan prezidentimiz Ali Bonqo Ondimbaya təşəkkür edirəm. Karyeramda tanış olduğum bütün məşqçilərimə və komanda yoldaşlarıma da təşəkkür edirəm. Nəhayət, məni özü kimi edən atama minnətdaram. Ümid edirəm ki, bu rəngləri geyinməklə onu qürurlandırmışam”.

Xatırladaq ki, Obameyanq Qabon millisində 72 oyun keçirib və 30 qola imza atıb.