İspaniyanın “Barselona” klubu yetirməsi Alexandro Balde ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi sol cinah oyunçusu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baldenin müqaviləsində yer alan maddəyə görə, futbolçunun sərbəstqalma məbləği 500 milyon avrodur.

17 yaşlı futbolçu bu ilin yanvarından “Barselona”nın B komandasında çıxış edir.