"Barselona" "Bayer"in müdafiəçisi Conatan Ta ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Kataloniya klubu 2025-ci ilin yayında oyunçunu azad agent kimi heyətinə qatmaq istəyir.

 

"Barselona" artıq oyunçu ilə danışıqlara başlayıb. Futbolçu özü də bu keçidə müsbət yanaşır.

 

Tanın "Bayer"lə müqaviləsi mövsümün sonuna kimidir.