"Barselona"nın hücumçusu Ferran Torres bu yay PSJ-yə keçməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 26 yaşlı ispaniyalı Paris klubu ilə prinsipial razılığa gəlib və mundialdan sonra Fransa təmsilçisinə qoşulmaq istəyir.
Torresin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Torres 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2026-da meydana çıxdığı 6 oyunda bir məhsuldar ötürmə edib və bir sarı vərəqə alıb.