“Barselona” İspaniya La Liqasında antirekorda imza atıb. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsümdə keçirdiyi 5 oyunda cəmi 8 qol vurub. Bu isə son 18 ilin ən pis göstəricisidir.

Ronald Kumanın çalışdırdığı kollektiv son olaraq, səfərdə "Kadis"lə qolsuz heç-heçə edib. Komanda 2003/04 mövsümündə 5 qarşılaşmada 5 dəfə fərqlənmişdi.

Qeyd edək ki, "Barselona" 5 turdan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb.