Mario Balotellinin qardaşı Enok Barvuah BƏƏ təmsilçisi "Əl-İttifaq"a transfer olunub. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, bununla da qardaşlar ilk dəfə eyni klubun formasını geyinəcəklər.
Mario Balotelli yeni mövsümdə "Əl-İttifaq"da ikinci ilini keçirəcək. İndiyədək fərqli komandalarda çıxış edən qardaşlar bundan sonra eyni kollektivdə oynayacaqlar.
"İndiyədək yalnız məhəllədə birlikdə futbol oynamışıq", – deyə Mario Balotelli bildirib.
Enok Barvuah isə bunları söyləyib:
"Birlikdə oynamaq üçün doğru vaxt yetişdi".
Qeyd edək ki, Mario Balotelli karyerası ərzində Avropanın aparıcı klublarında çıxış etdiyi halda, Enok Barvuah əsasən İtaliyanın aşağı liqa təmsilçiləri - "Ospitaletto", "Vado" və "Desenzano"nun formasını geyinib.