Konfrans Liqasının “Roma” ilə “Feyenoord” arasında bu gün keçiriləcək final oyununa jurnalistlər proqnozlarını verib. Apasport.az saytının sorğusunu cavablandıran 10 həmkarımızdan heç biri Niderland təmsilçisinə şans vermir. Onlar arasında Sport24.az saytının redaktoru Mehman Süleymanov da var. 

Yalnız bir nəfər görüşün bərabərə nəticələnəcəyini, penaltilər seriyası ilə “Roma”nın qalib gələcəyini düşünür. İtalyanların işi 90 dəqiqədə həll edəcəyini proqnozlaşdıran 9 jurnalistdən 6-sı isə hesabın 3:1 olacağını təxmin edir.

“Roma” – “Feyenoord”
Müzəffər Müzəffərli (PFL) – 3:1
Mehman Süleymanov (sport24.az) - 1:0
Təbriz Quliyev (report.az) – 2:1
İlkin Sultanlı (futbol+) – 3:1
Kənan Məstəliyev (rekord.az) – 3:3 (penaltilərlə “Roma”)
Ruslan Mikayıllı (azerisport.com) – 3:1
Səbuhi Məmmədov (lent.az) – 3:1
Daşqın Əziz (offsideplus.az) – 3:1
Elsevər Məmmədov (qafqazinfo.az) – 2:0
Səbuhi Musayev (oxu.az) – 3:1