İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu məlum olub. Sport24.az BBC-yə istinadən xəbər verir ki, siyahıda “Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen də yer alıb.

Qanalı keçmiş yarımmüdafiəçi Premyer Liqa tarixinin ən yaxşı afrikalı futbolçu sıralamasında 4-cü olub.

Essyen 2005-2014-cü illər aralığında “Çelsi”də çıxış edib. Keçmiş futbolçu 2019-cu ilin martından 2020-ci ilin sentyabrında qədər Azərbaycanda “Səbail” klubunda forma geyinib.

Premyer Liqa tarixinin ən yaxşı afrikalı futbolçusu “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olub.