"Tottenhem"in baş məşqçisi Anqe Postekoqlu komandanın Avropa Liqasının finalında "Mançester Yunayted"ə qarşı matçda qələbə qazanaıb-qazanmamasından asılı olmayaraq bu yay klubu tərk edəcək. Sport24.az  "The Sun"a istinadən xəbər verir ki, artıq onu kimin əvəz edəcəyi də məlumdur.

 

"Ayaks"ın baş məşqçisi Françesko Farioli London klubunun "sükanı arxasına" keçməyə yaxındır. 36 yaşlı mütəxəssis az büdcə ilə  "Nitsa" və "Ayaks"da uğurlu nəticələrə imza atıb.

 

Qeyd edək ki, italiyalı Fabio Paratiçi "Tottenhem"in direktoru vəzifəsinə qayıtmağa hazırlaşır. Klub rəhbərliyinin fikrincə, iki italiyalının bir yerdə çalışması komandanın yüksəlişinə rəvac verəcək.