Avropa Liqasında 1/8 finala yekun vurulub. Sport24.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə keçirilib. Bununla da bütün 1/4 finalçıların adına aydınlıq gəlib.

 

"Fənərbaxça" qitə səhnəsində mübarizəni dayandırıb. "Mançester Yunayted" və "Tottenhem" növbəti mərhələyə adlayıb.

 

"Atletik", "Ayntraxt", "Latsio", "Budo Qlimt", "Lion", "Reyncers" də 1/4 finala yüksələnlər arasındadır.

 

UEFA Avropa Liqası, 1/8 final, cavab görüşləri

"Atletik" (İspaniya) - "Roma" (İtaliya) - 3:1

Qollar: Uilliams, 45+3, 82, Berçiçe, 68 - ParedesŞ 90+3-pen.

Qırmızı vərəqə: Hummels, 11 ("Roma")

İlk oyun - 1:2

"Ayntraxt" (Almaniya) - "Ayaks" (Niderland) - 4:1

Qollar: Bahoya, 7, Qötze, 25, 82, Ekitike, 67 - Teylor, 78

İlk oyun - 2:1.

"Latsio" (İtaliya) - "Viktoriya" (Çexiya) - 1:1

Qollar: Romaqnoli, 77 - Sulç, 52

İlk oyun - 2:1.

"Olimpiakos" (Yunanıstan) - "Budo Qlimt" (Norveç) - 2:1

Qollar: Yaremçuk, 53, 65 - Hoqh, 36

Qırmızı vərəqə: Tzolakis, 89 ("Olimpiakos")

İlk oyun - 0:3.

"Lion" (Fransa) - FCSB (Rumıniya) - 4:0

Qollar: Mikautadze, 14, 47, Nuamah, 37, 88

İlk oyun - 3:1.

"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 4:1

Qollar: Fernandeş, 16-pen; 50-pen; 87, Dalot, 90+1 - Oyarzabal, 10-pen.

Qırmızı vərəqə: Aramburu, 63 ("Real Sosyedad")

İlk oyun - 1:1.

"Tottenhem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 3:1

Qollar: Odobert, 26, 74, Maddison, 48 - Koopmeyners, 63

İlk oyun - 0:1.

"Reyncers" (Şotlandiya) - "Fənərbaxça" (Türkiyə) - 0:2. Penaltilər seriyası - 3:2

Qollar: Şimanski, 45, 73

İlk oyun - 3:1.