Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Sport24.az xəbər verir ki, 1/4 final mərhələsinin ötən gecə baş tutan cavab görüşlərindən sonra ən yaxşı oyunçu adına 4 namizəd müəyyənləşdirilib.

Bunlar Bakayo Saka (“Arsenal”, İngiltərə), Edin Dzeko (“Roma”, İtaliya), Jerar Moreno (“Vilyarreal”, İspaniya) və Aaron Van-Bissakadır (“Mançester Yunayted”, İngiltərə).

Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.