Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçlarına start verilib.

Sport24.az xəbər verir ki, günün yeganə qarşılaşmasında Şimali Makedoniya "Şkupi"si evdə İrlandiyanın "Şemrok Rovers" klubunu sınağa çəkib.

Dublindəki ilk matçda yerli komanda 3:1 hesablı qələbə qazanmışdı. Rəqibini səfərdə də üstələyən İrlandiya təmsilçisi pley-offa vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Macarıstan "Ferentsvaroş"unu keçə bilməsəydi, Avroliqanın pley-offunda məhz "Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqdı. Lakin Ağdam klubu ÇL-in pley-offuna yüksələn tərəf olub. Azərbaycan çempionuna uduzan “Ferentsvaroş” isə “Şemrok Rovers”ə rəqib olub.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

9 avqust

Şkupi (Şimali Makedoniya) - Şemrok Rovers (İrlandiya) 1:2
İlk oyun - 1:3