Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, üçüncü oyun günündə daha 14 qarşılaşma təşkil olunub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı İtaliyada “Napoli” ilə üz-üzə gəlib və darmadağına üzülüb. Azərbaycanlı hücumçu bu görüşün 71-ci dəqiqəsində meydana buraxılıb.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” doğma meydanda “Antverpen”lə oyundan heç-heçə ilə ayrılıb. “Qalatasaray” isə Rusiyada “Lokomotiv”ə (Moskva) qalib gəlib.

Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur

21 oktyabr

A qrupu

“Reyncers” (Şotlandiya) – “Bröndbü” (Danimarka) 2:0
Qol: Baloqun, 18. Ruf, 30.

“Sparta” (Praqa, Çexiya) – “Olimpik” (Lion, Fransa) 3:4
Qol: Haraslin, 4; 19. Kreyçi, 90+6 – Elambi, 42; 88. Auar, 53. Paketa, 67.

Xal durumu: Olimpik – 9, Sparta – 4, Reyncers – 3, Bröndbü – 1.

B qrupu

PSV (Niderland) – “Monako” (Fransa) 1:2
Qol: Qakpo, 59 – Boadu, 20. Diop, 89.

“Şturm Qrats” (Avstriya) – “Real Sosyedad” (İspaniya) 0:1
Qol: İsak, 69.

Xal durumu: Monako – 7, Real Sosyedad – 5, PSV – 4, Şturm Qrats – 0.

C qrupu

“Napoli” (İtaliya) – “Legiya” (Polşa) 3:0
Qol
: İnsinye, 76. Osimhen, 80. Politano, 90+5.

Xal durumu: Legiya – 6, Lester – 4, Napoli – 4, Spartak – 3.

D qrupu

“Fənərbaxça” (Türkiyə) – “Antverpen” (Belçika) 2:2
Qol: Valensiya, 21; 45-pen – Samatta, 2. Gerkens, 62.

“Ayntraxt” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) 3:1
Qol: Borre, 26-pen. Ture, 45+3. Kamada, 59 – El Arabi, 30-pen.

Xal durumu: Ayntraxt – 7, Olimpiakos – 6, Fənərbaxça – 2, Antverpen – 1.

E qrupu

“Latsio” (İtaliya) – “Olimpik” (Marsel, Fransa) 0:0

“Lokomotiv” (Moskva, Rusiya) – “Qalatasaray” (Türkiyə) 0:1
Qol: K.Aktürkoğlu, 82.

Xal durumu: Qalatasaray – 7, Latsio – 4, Olimpik – 3, Lokomotiv – 1.

F qrupu

“Midtyulland” (Danimarka – “Srvena Zvezda” (Serbiya) 1:1
Qol: Dyur, 78 – İvaniç, 58.

“Lüdoqorets” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) 0:1
Qol: Horta, 7.

Xal durumu: Srvena Zvezda – 7, Braqa – 6, Midtyulland – 2, Lüdoqorets – 1.

G qrupu

Betis (İspaniya) – Bayer (Almaniya) 1:1
Qol: B.İqlesias, 75-pen – Andrix, 82.

Xal durumu: Bayer – 7, Betis – 7, Seltik – 3, Ferentsvaroş – 0.

H qrupu

“Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:1
Qol: Qrull, 9. Hofmann, 34 – Orşiç, 24.

“Vest Hem” (İngiltərə) – “Genk” (Belçika) 3:0
Qol: Douson, 45+1. Diop, 57. Bouen, 59.

Xal durumu: Vest Hem – 9, Dinamo – 3, Genk – 3, Rapid – 3.