Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, 8 qrupda ümumilikdə 16 görüş baş tutub.

Türkiyə təmsilçilərindən "Trabzonspor" "Monako"nun qonağı olub və məğlubiyyətə üzülüb. B qrupunda yer alan "Fənərbaxça" isə AEK (Larnaka) komandasını məğlub yola salıb.

"Mançester Yunayted" Kiprdə "Omoniya"nı sınağa çəkib. Beş qolluq qarşılaşma "qırmızı şeytanlar"ın çətin qələbəsiylə bitib. E qrupunun digər görüşündə "Şerif" Moldovada "Real Sosyedad"la üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

Turnirin favoritlərindən hesab olunan İngiltərənin digər komandası "Arsenal" Norveç "Bodo Qlimt"ini qəbul edib və 3 cavabsız qolla qalib gəlib. "Roma" isə doğma meydanda "Betis"ə uduzub.

Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur

6 oktyabr

A qrupu

Sürix (İsveçrə) - PSV (Niderland) 1:5
Qol: Okita, 87 – Vertessen, 10; 15. Qakpo, 21; 55. Simons, 35.

Arsenal (İngiltərə) - Bodo Qlimt (Norveç) 3:0
Qol: Nketia, 23. Holdinq, 28. Vyeyra, 85.

Xal: Arsenal – 6. Bodo Qlimt – 4. PSV – 4. Sürix – 0.

B qrupu

Fənərbaxça (Türkiyə) - AEK (Kipr, Larnaka) 2:0
Qol: Batşuayi, 26. Mamas, 80-öz qapısına.

Renn (Fransa) - Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol: Terrye, 23. Doue, 89 – Tsiqankov, 33.

Xal: Renn – 7. Fənərbaxça – 7. AEK – 3. Dinamo – 0.

C qrupu

HJK (Finlandiya) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Hetemay, 55 – Tissera, 10.

Roma (İtaliya) - Betis (İspaniya) 1:2
Qol: Dibala, 34-pen – Rodriqes, 40. L.Henrike, 88.

Xal: Betis – 9. Ludoqorets – 4. Roma – 3. HJK – 1.

D qrupu

Malmö (İsveç) - Union Berlin (Almaniya) 0:1
Qol: Bekker, 68.

Braqa (Portuqaliya) - Yunion (Belçika) 1:2
Qol: A.Ruis, 49 – Nilsson, 86. Saykes, 90+4.

Xal: Yunion – 9. Braqa – 6. Union Berlin – 3. Malmö – 0.

E qrupu

Omoniya (Kipr) - Mançester Yunayted (İngiltərə) 2:3
Qol: Ansarifard, 34. Panayotu, 85 – Reşford, 53; 84. Marsyal, 63.

Şerif (Moldova) - Real Sosyedad (İspaniya) 0:2
Qol: D.Silva, 53. Elustondo, 62.

Xal: Real Sosyedad – 9. Mançester Yunayted – 6. Şerif – 3. Omoniya – 0.

F qrupu

Şturm (Avstriya) - Latsio (İtaliya) 0:0

Midtyulland (Danimarka) - Feyenoord (Niderland) 2:2
Qol: İsaksen, 54. Juninyo, 85 – Şimanski, 23. O.Kökcü, 45-pen.

Xal: Feyenoord – 4. Midtyulland – 4. Latsio – 4. Şturm – 4.

G qrupu

Frayburq (Almaniya) - Nant (Fransa) 2:0
Qol: Kyere, 48. Qrifo, 72.

Olimpiakos (Yunanıstan) - Qarabağ (Azərbaycan) 0:3
Qol: K.Ovusu, 68. M.Veşoviç, 82. R.Şeydayev, 86.

Xal: Frayburq – 9. Qarabağ – 6. Nant – 3. Olimpiakos – 0.

H qrupu

Srvena Zvezda (Serbiya) - Ferentsvaroş (Macarıstan) 4:1
Qol: Kanqa, 27; 60. Mitroviç, 35. Katai, 51 – Zakariassen, 71.

Monako (Fransa) - Trabzonspor (Türkiyə) 3:1
Qol: Ben Yedder, 14; 45+2. Disasi, 55 – Bakasetas, 72.

Xal: Ferentsvaroş – 6. Monako – 6. Trabzonspor – 3. Srvena Zvezda – 3.