Madrid "Atletiko"sunun prezidenti Enrike Serezo "Real"ın hücumçu Julian Alvares üçün təklifinə cavab verib. Sport24.az xəbər verir ki, o, bu barədə "El Chiringuito TV"-yə açıqlamasında danışıb:
"Real"dan rəsmi təklif? Julian Alvares satılmır. Biz onu satmaq istəmirik".
Bir müddət əvvəl mətbuatda forvardın PSJ, "Barselona" və "Arsenal"ın da maraq dairəsində olduğu barədə xəbərlər yayılıb. g
Alvaresin 2030-cu ilə qədər "Atletiko" ilə müqaviləsi var. Hücumçu başa çatan mövsümdə bütün turnirlərdə 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Karl klubu" 26 yaşlı argentinalı oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.