Müdafiənin mərkəzində və solunda oynaya bilən İsaqo Silva "Çelsi" ilə ilk peşəkar müqaviləsini imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
İsaqo hazırda "Fluminense"də oynayan, karyerası ərzində PSJ, "Çelsi", "Milan" və Braziliya millisinin formasını geyinmiş Tiaqo Silvanın oğludur.
Qeyd edək ki, 17 yaşlı İsaqo 13 yaşından "Çelsi"də oynayır. O, bu mövsüm "Çelsi"nin 18 yaşadək futbolçulardan ibarət komandasında bir oyun keçirib.