İtaliyanın “Atalanta” klubunun futbolçusu Rafael Toloy vətəndaşlığını dəyişib.

Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi İtaliya milli komandasında oynamaq üçün FİFA-ya müraciət edib.

Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. 30 yaşlı futbolçunun müraciəti təsdiqlənib və dəvət gələcəyi halda, o, İtaliya yığmasında oynaya bilər.

Toloy 2014-cü ildə Braziliyadan İtaliyaya köçüb. Müdafiəçi daha əvvəl “Roma”da çıxış edib. Toloy 2015-ci ildən “Atalanta”nın uğurları üçün çalışır.

Toloy Braziliya millisinin əsas komandasında debüt etməyib. O, U-20 millisində 19 oyun keçirib.