“Arsenal”ın futbolçusu Kalum Çembers “Aston Villa”ya keçib.

Sport24.az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Bu barədə “Aston Villa”nın mətbuat xidməti məlumat yayıb.

Çembers bu mövsüm “Arsenal”da 5 oyuna çıxıb.